Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət alıb Şəki. 4 noyabr. REPORT.AZ/ Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə
4 Noyabr , 2018 09:25
Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Şəki. 4 noyabr. REPORT.AZ/ Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub.

İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri - 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə sərxoş sürücü maşını aşırdıb.

Son xəbərlər

Orphus sistemi