Bərdədə sərxoş sürücü maşını aşırdıb, 3 yaralı var - FOTO

Bərdədə sərxoş sürücü maşını aşırdıb, 3 yaralı var - FOTO Bərdə. 4 noyabr. REPORT.AZ/ Bərdənin Qaradəmirçi kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Noyabr , 2018 03:36
Bərdədə sərxoş sürücü maşını aşırdıb, 3 yaralı var - FOTO

Bərdə. 4 noyabr. REPORT.AZ/ Bərdənin Qaradəmirçi kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, sürücüsü və sərnişinləri sərxoş halda olan minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Bərdənin Mustafa ağalı kəndindən olan 1981-ci il təvəllüdlü sürücü Səfərov Yaşar Zöhrab oğlu, eyni kəndin 41 yaşlı sakini Mustafayev Teymur Əliş oğlu və başqa bir sərnişin maında olan digər şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxs daha sonra oradan uzaqlaşıb.

Bundan əvvəl Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb.

Son xəbərlər

Orphus sistemi