Yuxarı

Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb

Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb

Gədəbəy. 3 noyabr. REPORT.AZ/ Gədəbəy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1968-ci il təvəllüdlü Köhnə Qışlaq kənd sakini Hüseynov Akif Fərhad oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Nəticədə sürücü və onun maşında olan 1975-ci il təvəllüdlü qardaşı Hüseynov Rakif Fərhad oğlu müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi