Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb

Hadisə
  • 01 noyabr, 2022
  • 14:18
Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb

Şəki rayonunun Sarıca kəndində tövləyə girən canavar 44 baş qoyunu parçalayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, vəhşi heyvan kənd sakini Zakir Əliyevin həyətyanı sahəsinə soxulub.

Canavar tövlədə olan 44 baş qoyunu parçalayıb. Nəticədə qoyunların hamısı tələf olub.