Şəkidə tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 02 noyabr, 2018
  • 16:01
Şəkidə tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB

Şəki. 2 noyabr. REPORT.AZ/ Şəki şəhərində tapılan meyitin kimliyi məlum olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, ölən şəxsin Şəki şəhər sakini Telman Nurəli oğlu Hacımollayev olduğu müəyyən edilib. 

T.Hacımollayevin ölümünün səbəbi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsində araşdırılır.


***13:21

Şəki rayonunda nəməlum kişi meyiti tapılıb. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində, M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. 

Arxın içində tapılan meyit müayinə və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.