Şəkidə polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib - YENİLƏNİB - VİDEO

Hadisə
  • 24 yanvar, 2018
  • 12:31
Şəkidə polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib - YENİLƏNİB - VİDEO

   Xəbər 15:34-də dərc edilib, video əlava olunub

Şəki. 24 yanvar. REPORT.AZ/ Şəki rayonunda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov hələlik bilinməyən səbəblərdən yüksək miqdarda sirkə turşusu içib. E.Rəsulov zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, onun vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib: "Zəhərlənən şəxsə həkimlər tərəfindən intensiv müdaxilələr edilib. Xəstənin vəziyyəti ağırlaşacağı təqdirdə Bakıdakı xəstəxanalardan birinə köçürüləcək".

Qeyd edək ki, E.Rəsulov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Şəkidə polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib - YENİLƏNİB - VİDEO