​Şəkidə ot yüklənmiş yük avtomobili yanıb

​Şəkidə ot yüklənmiş yük avtomobili yanıb Yanğın saat 16:43-də söndürülüb
Hadisə
30 May , 2015 19:02
​Şəkidə ot yüklənmiş yük avtomobili yanıb

Bakı. 30 may. REPORT.AZ/ Şəki rayonunun Şəki-Yevlax yolunda vətəndaşa məxsus "URAL" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 6 ton ot bağlamasının 3 və avtomobilin ətrafında 200 kv.m sahədə quru ot yanıb.

“Report” xəbər verir ki, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi