Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobili Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
“Opel” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində birincinin sürücüsü Ramin Abdullayev və sənişini vəfat edib.
Araşdırma aparılır.