Şəkidə minik və yük maşınları toqquşub, xəsarət alan var

Hadisə
  • 19 dekabr, 2018
  • 13:23
Şəkidə minik və yük maşınları toqquşub, xəsarət alan var

Şəki. 19 dekabr. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə minik maşınının sürücüsü, Şəki rayonun Aşağı Göynük kənd sakini, 1977-ci il təvəllüdlü Vüsal Abdurəhmanov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə