Şəkidə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 21 yanvar, 2019
  • 10:10
Şəkidə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Şəki. 21 yanvar. REPORT.AZ/ Şəki rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı  xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Yaralılar:

1991-ci il təvəllüdlü Hüseyn İltifat oğlu Kərimov,
1989-cu il təvəllüdlü İlkin Rahim oğlu Məmmədov,
1978-ci il təvəllüdlü Tural Əhməd oğlu Səmədov.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 


*** 12:51

Şəki. 21 yanvar. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tural Əhməd oğlu Səmədovun idarə etdiyi 55-BA-050 dövlət qeydiyyatı nişanlı "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 55-BO-086 dövlət qeydiyyatı nişanlı "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti kafi olaraq qiymətləndirilir.

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.