Şəkidə ər arvadını döyərək ağır xəsarət yetirib

Şəkidə ər arvadını döyərək ağır xəsarət yetirib Şəki. 24 noyabr. REPORT.AZ/ Şəkidə döyülmə hadisəsi baş verib.
Hadisə
24 Noyabr , 2018 08:42
Şəkidə ər arvadını döyərək ağır xəsarət yetirib

Şəki. 24 noyabr. REPORT.AZ/ Şəkidə döyülmə hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Türkan Şamil qızı Məmmədova sol döş qəfəsinin qapalı küt travması və yumşaq toxumaların əziyi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, T.Məmmədova müayinə zamanı əri tərəfindən döyüldüyünü bildirib. Onun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi