Şəkidə 20 yaşlı qadın intihara cəhd edib

Şəkidə 20 yaşlı qadın intihara cəhd edib Şəki. 20 noyabr. REPORT.AZ/ Şəkidə gənc qadın intihara cəhd edib.
Hadisə
20 Noyabr , 2018 22:31
Şəkidə 20 yaşlı qadın intihara cəhd edib

Şəki. 20 noyabr. REPORT.AZ/ Şəkidə gənc qadın intihara cəhd edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Cəyirli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə İlyas qızı Rəhimova yaşadığı evdə intihar etmək məqsədilə siçan zəhəri içib. Vəziyyəti ağırlaşan 20 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşib.

Qeyd edək ki, N.Rəhimova ailəlidir, onun altı aylıq körpəsi var. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi