Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Aprel , 2021 18:38
Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi