Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Hadisə
- 28 aprel, 2022
- 14:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İkinci Biləcik kənd sakini, 1986-cı il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat yoldaşı və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Elvin Rəhimovun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:50
Laos Prezidenti: 44 il əvvəl olduğum Bakını çətinliklə tanıdım
Xarici siyasət
11:49
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət
11:49
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir
Futbol
11:47
Laos Prezidenti: Müxtəlif qurumlardan Azərbaycana nümayəndə heyəti göndərəcəyik
Xarici siyasət
11:46
"İnternational Leasing" səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
11:46
TürkFİN ödəniş xidmətləri üzrə lisenziyaların qarşılıqlı tanınmasını hədəfləyir
Maliyyə
11:44
Thonqlun Sisulit: Bakıda imzalanan sənədlər Laos ilə Azərbaycan arasındakı ənənəvi münasibətləri gücləndirəcək
Xarici siyasət
11:42
Laos Prezidenti: Azərbaycanla bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə ümid edirik
Xarici siyasət
11:41
"AzFina": Rəqəmsal maliyyə ekosisteminin inkişafı yeni riskləri artırır
Maliyyə