Şəkidə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb

Şəkidə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair ETSN-in 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır.
Hadisə
164
17 Noyabr , 2021 10:21
Şəkidə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Şəki rayonu Cumakənd kənd sakinləri - Adil Cəfərov və Söhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılıb, nəticədə təbiətə 9 min 450 manat məbləğində ziyan dəyib.

Fakta görə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi