Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb

Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb Zərərçəkənin qolu amputasiya edilib
Hadisə
24 Mart , 2017 21:23
Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb

Şəki. 24 mart. REPORT.AZ/ Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Kiş kənd sakini Salman Lətifov sol qolun bazu sümüyünün sınığı diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

S.Lətifov müayinə edildikdən sonra məlum olub ki, onun qolu kəsdiyi ağacın altında qalıb. Həkimlər zərərçəkənin sol qolunu amputasiya ediblər. Yaralı müalicəsini Reanimasiya şöbəsində davam etdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi