Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov (ağır dərəcəli kəllə-beyin travması, sağ ayağın sınığı), Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Həsən, Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə göndəriliblər.
"Report" xəbər verir ki, digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, Bakıdan FHN-in helikopterləri vasitəsilə
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492-55-40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498-78-46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.
***18:18
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların 4-ü helikopterlə Bakıya göndərilir.
"Report" xəbər verir ki, onların 3-ü Suriya vətəndaşları - bir alənin üzvləridir. Biri isə Azərbaycan vətəndaşıdır. Daha bir yaralının isə müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
***15:34
Respublika Baş Prokurorluğu və
“Report” xəbər verir ki, məlumatda iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüyü bildirilir.
Qeyd edilir ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı şəhərindən FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.
Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***13:51
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.
Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.
Sarayın həyətində olan Xan Çinarı 1530-cu ildə əkilib.