Şəki sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə rayonun Daşüz kənd sakini 1958-ci il təvəllüdlü Rövşən Yunus oğlu Yunusov daxil olub.
Aparılan ilkin müayinələr zamanı başından xəsarət alan yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilən xəstənin vəziyyəti orta-ağırdır.
Məlumatlara görə, 61 yaşlı Rövşən Yunusov Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Daşüz kəndi ərazisindən keçən hissəsində idarə etdiyi qoşqulu traktoru yol kənarında saxlayıb. Ehtimal olunur ki, R.Yunusov traktorun qoşqu olan hissəsində iş görərkən ehtiyatsızlıqdan başı qoşquya dəyib.
Faktla bağlı araşdırma aparılır.