Şəki Pentensiar Xidmət Müəssisəsindən azadlığa buraxılan 14 məhkumdan birinin 80 yaşı var - FOTO - VİDEO - YENİLƏNİB

Şəki Pentensiar Xidmət Müəssisəsindən azadlığa buraxılan 14 məhkumdan birinin 80 yaşı var - FOTO - VİDEO - YENİLƏNİB Şəkidə əfv sərəncamının icrasına başlanılıb
Hadisə
17 Mart , 2017 11:21
Şəki Pentensiar Xidmət Müəssisəsindən azadlığa buraxılan 14 məhkumdan birinin 80 yaşı var - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

Şəki. 17 mart. REPORT.AZ / Şəki Pentensiar Xidmət Müəssisəsindən 80 yaşlı məhkum azadlığa buraxılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Yevlax rayon sakini 1937-ci il təvəllüdlü Məmmədiyə Seyid oğlu Məmmədov Prezident İlham Əliyevin sərəncamına əsasən əfv olunub. 

Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə azadlıqdan mərhum edilib. Cəzasının bitməsinə 2 il, 8 ay, 20 gün qalmış azadlığa buraxılıb.

***10:01

Şəki Penitensiar Xidmət Müəssisəsindən 14 nəfər azadlığa buraxılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Xidmət Müəssisəsində icrasına başlanılıb.

Buraxılış vərəqələrini alaraq azadlığa çıxanlar çox sevincli olduqlarını söyləyiblər. Bayram öncəsi bu sevinci onlara yaşatdığına görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 423 nəfərə şamil edilib.

Son xəbərlər

Orphus sistemi