Yuxarı

​Şəki Penitensiar Müəssisəsindən 12 nəfər azadlığa buraxılıb - FOTO

Əfv sərəncamı icra edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən 12 nəfər azadlığa buraxılıb. “Report”un məlumatına görə, azadlığa buraxılanlar arasında Şəki, Mingəçevir, Ağdam, Oğuz, Ağsu, Balakən və Yevlax rayonlarının sakinləri olub. Buraxılış vərəqələrini alaraq azadlığa çıxanlar çox sevincli olduqlarını söyləyiblər, bayram öncəsi bu sevinci onlara yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 210 nəfərə şamil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi