Vəkillər Kollegiyasının sədri: "Orxan Kəngərli ilə bağlı araşdırmanın gedişindən razıyıq"

Vəkillər Kollegiyasının sədri: "Orxan Kəngərli ilə bağlı araşdırmanın gedişindən razıyıq" Vəkil Orxan Kəngərlinin fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa edilən müraciət əsasında araşdırma davam edir.
Hadisə
18 İyun , 2019 13:12
Vəkillər Kollegiyasının sədri: Orxan Kəngərli ilə bağlı araşdırmanın gedişindən razıyıq
Vəkillər Kollegiyasının sədri Anar Bağırov / Report/ Elchin Murad

"Vəkil Orxan Kəngərlinin fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa edilən müraciət əsasında araşdırma davam edir".

Bunu "Report"a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, Azərbaycanda hər hansı hüquq pozuntusuna yol verən şəxs qanuna müvafiq qaydada cəzalandırılır: "Vəkillər də qanunu pozanda biz onları da sərt qaydada cəzalandırırq. Təbii ki, vəkilə qarşı da təzyiq varsa, bu da hüquqi qimətini almalıdır. Vəkillər Kollegiyası olaraq, Orxan Kəngərli ilə bağlı araşdırmanın gedişindən çox razıyıq ".

Kollegiya sədri deyib ki, araşdırma bitdikdən sonra nəticəsi ilə bağlı müvafiq qurumlar tərəfindən açıqlama veriləcək. 

Son xəbərlər

Orphus sistemi