Prokurorluq: Vəkil Orxan Kəngərlinin şikayəti əsasında araşdırma aparılır

Prokurorluq: Vəkil Orxan Kəngərlinin şikayəti əsasında araşdırma aparılır Vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətlə bağlı araşdırma aparılır.
Hadisə
4 İyun , 2019 17:45
Prokurorluq: Vəkil Orxan Kəngərlinin şikayəti əsasında araşdırma aparılır

"Vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətlə bağlı araşdırma aparılır".

Bu barədə "Report"a Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Prokurorluqdan əlavə ediblər ki, araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılıb. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlayıb.

Vəkil Orxan Kəngərli isə "Report"a deyib ki, barəsində inzibati protokol tərtib olunması barədə məlumatı yoxdur və bununla bağlı məhkəmə prosesi keçirilməyib.

Son xəbərlər

Orphus sistemi