"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO Bakı. 16 noyabr. REPORT.AZ/ Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Hadisə
16 Noyabr , 2018 13:21
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO
Report/FIri Salim

Bakı. 16 noyabr. REPORT.AZ/ "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın, təxminən, 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə yerinə 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".


*** 12:23

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

"Report"un məlumatına görə, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hafiz Heydərov, Səlcuq Elçin

Son xəbərlər

Orphus sistemi