Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Hadisə
  • 24 sentyabr, 2016
  • 05:56
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

*** 09:18

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib. 

Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. 

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.