Avtomobildə saxta əsginaslar və narkotik vasitə aşkarlanıb

Avtomobildə saxta əsginaslar və narkotik vasitə aşkarlanıb Həmçinin müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb
Hadisə
3 Avqust , 2015 14:36
Avtomobildə saxta əsginaslar və narkotik vasitə aşkarlanıb

Bakı. 3 avqust. REPORT.AZ/ Yevlax rayonunda avtomobildə saxta əsginaslar, narkotik vasitə və müxtəlif növ dərman preparatları aşkar olunub. "Report" bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Yevlax Rayon Polis Şöbəsi (RPŞ) və Mingəçevir Şəhər Polis Şöbəsinin (RBŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılmış və avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əsginaslar, 0,428 qram heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi