Yuxarı

Samuxda appendisitdən əməliyyat olunan 22 yaşlı qız dünyasını dəyişib

O, appendektomiyadan sornakı absezdən ölüb

Samux. 30 sentyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı abses diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi