Samuxda 11 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Samuxda 11 yaşlı yeniyetməni maşın vuraraq öldürüb Hadisə uşaq yolu keçmək istəyən zaman baş verib
Hadisə
9 İyun , 2017 21:42
Samuxda 11 yaşlı yeniyetməni maşın vuraraq öldürüb
Report.az

Samux. 9 iyun. REPORT.AZ/ Samux şəhərində 11 yaşlı yeniyetməni maşın vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 2006-cı il təvəllüdlü rayon sakini Süban Mehman oğlu İsmayılov yolu keçmək istəyən zaman baş verib. O, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Şəmmədov Bilal Həmid oğlunun idarə etdiyi "20-DM-090" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Fakla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi