Samur-Abşeron kanalında iki nəfər batıb

Samur-Abşeron kanalında iki nəfər batıb Onların axtarışına başlanılıb
Hadisə
3 Avqust , 2016 12:10
Samur-Abşeron kanalında iki nəfər batıb

Bakı. 3 avqust. REPORT.AZ/ Samur-Abşeron kanalında iki nəfər batıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisələrin baş verdiyi yerlərə cəlb olunub və vətəndaşların axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi