​Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb

​Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb 20 yaşlı gəncin cəsədi batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılıb
Hadisə
9 Avqust , 2015 19:42
​Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb

Bakı. 9 Avqust. REPORT.AZ/ 30 iyul 2015-ci il tarixində Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən nəzarətsiz hissəsində çimərkən batmış 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, mərhumun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb.

V.Paşayevin meyiti aidiyyəti üzrə təhvil verilib və əməliyyat saat 16:00-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi