Samir Piriyevin Kamran Həsənlidən şikayəti əsasında cinayət işi başlanıb

Samir Piriyevin Kamran Həsənlidən şikayəti əsasında cinayət işi başlanıb Araşdırmalar davam etdirilir
Hadisə
125
10 Mart , 2016 16:35
Samir Piriyevin Kamran Həsənlidən şikayəti əsasında cinayət işi başlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Müğənni Samir Piriyevin dələduzluqla üzləşməsi faktı üzrə Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Cinayət işi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi