Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib - YENİLƏNİB

Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib - YENİLƏNİB Axşam saatlarında vəziyyəti ağırlaşan qadının həyatını xilas etmək mümkün olmayıb
Hadisə
7 Dekabr , 2017 23:45
Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib - YENİLƏNİB

Şamaxı. 7 dekabr. REPORT.AZ/ Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırlır.


***23:01

Şamaxı. 7 dekabr. REPORT.AZ/ Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat zamanı ölüm faktı qeydə alınıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayon xəstəxanasında öd kisəsindən əməliyyat olunan xəstənin qəfildən halı pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 



Son xəbərlər

Orphus sistemi