Şamaxıda minik və yük avtomobilləri toqquşub, 2 qardaş ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Şamaxıda minik və yük avtomobilləri toqquşub, 2 qardaş ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Şamaxıda minik və yük avtomobillərinin toqquşması nəticəsində ölənlərin kimliyi məlum olub.
Hadisə
1 İyun , 2019 17:42
Şamaxıda minik və yük avtomobilləri toqquşub, 2 qardaş ölüb - FOTO -  VİDEO - YENİLƏNİB-2

Şamaxıda minik və yük avtomobillərinin toqquşması nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı İsmayılov Ramil (1980) və onun qardaşı Rasim dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.


*** 17:14

Qəza nəticəsində ölənlər iki qardaşdır.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır.  


*** 16:57

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. 

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi