Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb

Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
5 May , 2018 09:59
Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb
Report

Şamaxı. 5 may. REPORT.AZ/ Şamaxı rayonunda 51 yaşlı qadın yanıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təzəşəhər adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Səidə Babaxan qızı Əkbərova həyətdə qaladığı ocağın üzərinə benzin tökərkən alov yüksəlib, nəticədə onun üz və boyun nahiyəsi, həmçinin hər iki əli yanıb. S.Əkbərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.

Son xəbərlər

Orphus sistemi