Salyanda yol qəzasında 1 nəfər yaralanıb
Hadisə
- 09 mart, 2016
- 18:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 39 yaşlı Ramil İsfəndiyar oğlu Atayev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən digər maşınla toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramil Atayev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar aparılır.
Son xəbərlər
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə