Salyanda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Salyanda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Salyan. 13 noyabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Hadisə
13 Noyabr , 2018 08:36
Salyanda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Salyan. 13 noyabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.  

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Astara rayon sakini, 1997-ci il təvəllüdlü İlkin Cəmil oğlu Qurbanzadə hadisə yerində ölüb. Qəza zamanı Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.



***6:44

Salyan. 13 noyabr. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi