Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var Salyan. 26 oktyabr. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Oktyabr , 2018 14:04
Salyanda yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Salyan. 26 oktyabr. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun l Varlı kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Ağaverdi oğlu Şirinov idarə etdiyi 42-BT-193 dövlət nömrə nişanlı "QazEL" markalı avtomobillə hərəkətdə olan zaman rayonun Qarabağlı kənd sakini, 1999-cu il təvəllüdlü Natiq Namiq oğlu Kərimovun idarə etdiyi 10-UG-367 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürcüsü N.Kərimov və sərnişin, onun həmkəndlisi 1999-cu il təvəllüdlü  İsak Elman oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi