Salyanda yol qəzası nəticəsində ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Salyanda yol qəzası nəticəsində ata və oğlu xəsarət alıb - YENİLƏNİB Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
15 Aprel , 2019 08:55
Salyanda yol qəzası nəticəsində ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, Bakının Qaradağ rayon sakini, 1954-ci il təvəllüdlü Quliyev İlhami Məmməd oğlu idarə etdiyi “BMW” markalı avtombillə hərəkətdə olarkən, anidən idarəetməni itirib və maşın maneəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun 1993-cü il təvəllüdlü oğlu Quliyev Elşən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 7:12

Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi