Salyanda yeniyetmə su qızdırıcının partlaması nəticəsində xəsarət alıb

Hadisə
  • 07 may, 2022
  • 16:10
Salyanda yeniyetmə su qızdırıcının partlaması nəticəsində xəsarət alıb

Salyan rayonunda 13 yaşlı yeniyetmə hamamda yanıq xəsarətləri alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini , 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.

44 filmi