Salyanda velosipedçini maşın vurub

Salyanda velosipedçini maşın vurub Salyan. 11 dekabr. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Hadisə
11 Dekabr , 2018 22:59
Salyanda velosipedçini maşın vurub

Salyan. 11 dekabr. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu “VAZ-2106” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl də Salyanda velosipdçini maşın vurmuşdu.

Son xəbərlər

Orphus sistemi