Salyanda velosipedçini maşın vurub

Salyanda velosipedçini maşın vurub Salyan. 17 noyabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Noyabr , 2018 22:19
Salyanda velosipedçini maşın vurub

Salyan. 17 noyabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Ay işığı” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuzda piyadanı avtomobil vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi