Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb

Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb Fatimə Nəsirova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib
Hadisə
18 Fevral , 2017 16:39
Salyanda üç yaşlı qız süd qazanına düşərək yanıb

Salyan. 18 fevral. REPORT.AZ/ Salyan rayonunda üç yaşlı qız yanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb. 

Belə ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Son xəbərlər

Orphus sistemi