Salyanda restorandan 3 min manatlıq oğurluq edilib

Salyanda restorandan 3 min manatlıq oğurluq edilib Salyan rayonunda restoranda oğurluq hadisəsi baş verib.
Hadisə
25 Yanvar , 2021 13:50
Salyanda restorandan 3 min manatlıq oğurluq edilib

Salyan rayonunda restoranda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3 000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - K.Salahov S.Quliyev saxlanılıblar.

Davam etdirilən tədbirlərlə S.Quliyevdən 1 ədəd bıçaq və 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi