Salyanda qayın yeznəsini bıçaqlayıb

Salyanda qayın yeznəsini bıçaqlayıb Zərərçəkən alın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yaraları alıb
Hadisə
205
17 Aprel , 2016 11:44
Salyanda qayın yeznəsini bıçaqlayıb

Bakı. 17 aprel. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan şəhəri, Taleh Davudzadə küçəsi, bina 7, mənzil 14-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Vüqar Əfsər oğlu Məlikov alın nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı Elxan adlı qaynı tərəfindən bıçaqlandığını iddia edib. Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi