Yuxarı

Salyanda minik avtomobili kollektora düşüb, sürücü ölüb

Sürücünün cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı. 26 Fevral. REPORT.AZ/ Salyan rayonunda Məmmədov Məhəbbət Səyyad oğluna məxsus “VAZ” markalı minik avtomobili kollektora düşüb. 

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata cavab olaraq, FHN-nin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

M.Məmmədovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:43-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi