Salyanda minik avtomobili "KaMAZ" a çırpılıb, xəsarət alanlar var

Salyanda minik avtomobili "KaMAZ" a çırpılıb, xəsarət alanlar var Hadisə zamanı ər-arvad xəsarət alıb
Hadisə
10 Dekabr , 2017 20:15
Salyanda minik avtomobili KaMAZ a çırpılıb, xəsarət alanlar var

Salyan. 10 dekabr. REPORT.AZ/ Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakinləri - 29 yaşlı Fuad Mirzə oğlu Hüseynov və onun həyat yoldaşı, 22 yaşlı Pərvanə Elxan qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi