Salyanda iki avtomobil toqquşub, xəsarət alan var

Salyanda iki avtomobil toqquşub, xəsarət alan var Salyanda yol qəzasında bir nəfər xəsarət alıb.
Hadisə
26 Yanvar , 2022 19:26
Salyanda iki avtomobil toqquşub, xəsarət alan var

Salyanda yol qəzasında bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “NIVA” markalı avtomobil “QAZ-31” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1955-ci il təvəllüdlü Abukərimov Sakit Alıhüseyn oğlü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi