Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb - YENİLƏNİB

Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb - YENİLƏNİB Salyanda gənc qız qaçırılıb.
Hadisə
6 fevral 2023 07:48
Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb - YENİLƏNİB

Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.

Onun sözlərinə görə, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

Şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb , araşdırmalar davam etdirilir.

09.24

Salyanda gənc qız qaçırılıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevəni (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi