Salyanda bir gündə iki qəza olub, xəsarət alanlar var

Hadisə
  • 23 noyabr, 2023
  • 19:13
Salyanda bir gündə iki qəza olub, xəsarət alanlar var

Salyanda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, ilk qəza rayonun Çuxanlı kəndində, digəri isə şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Yol qəzaları zamanı Salyan rayon sakinləri, 1965-ci il təvəllüdlü Nəzirov Bəhruz Musa oğlu və 1972-ci il təvəllüdlü Muradov Mahir Dilavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.