Salyanda baş vermiş yol qəzası nəticəsində 3 nəfər yaralanıb

Salyanda baş vermiş yol qəzası nəticəsində 3 nəfər yaralanıb Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
7 May , 2016 19:19
Salyanda baş vermiş yol qəzası nəticəsində 3 nəfər yaralanıb

Bakı. 7 may. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qarabağlı kənd sakini, 56 yaşlı İmaməddin Habiloğlu Mustafayev idarə etdiyi “Qazel” mikroavtobusu ilə hərəkətdə olarkən “Vaz-2109” markalı avtomobillə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, avtomobildə olan sərnişin, Salyan şəhər İsa Quliyev küçəsi bina 5, mənzil 19-da yaşayan, 55 yaşlı Xoşqədəm Məmməd qızı Əliyeva və onun nəvəsi, 1 yaşlı Nicat Əsgəroğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra iki yaralı ambulator müalicəyə göndərilib, azyaşlının vəziyyəti ağır olduğundan travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi