Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub Salyan. 1 dekabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 Dekabr , 2018 22:28
Salyanda avtomobil piyadanı vurub
"Report"

Salyan. 1 dekabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Səmədov Səməd Fətalı oğlu evə gedən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi